Azersun Holding

Suvarma mühəndisi (Biləsuvar)

Biləsuvar, Azərbaycan

20.10.22


Qeyd

Tələblər:

  • Kənd təsərrüfatı sahəsi üzrə ali təhsil,
  • Aidiyyatı sahə üzrə 1-3 il iş təcrübəsi,
  • Pivot qurğusunun texniki xarakteristikası və onunla işləmə qaydalarının bilməli,
  • Pivot qurğusunun nasazlıqlarının hansı hissədən olduğunu təsbit etməyi bilməli,
  • Pivot qurğusunun kompyuter proqramından istifadə etməyi bilməli,
  • Sahədə əkilən məhsulun xüsusiyyətlərini bilməli,
  • Suvarma qaydalarını bilməli.

İş haqqında:

  • Müxtəlif pivot sistemlərinin layihələndirilməsini və quraşdırılmasını həyata keçirməli, suvarma borularının xüsusiyyətlərini bilməli və onları təyinatlarına əsasən istifadə etməyi təmin etməlidir.
  • Müəssisənin suvarma qurğularının texniki inkişafına, istehsalat bazasının perspektiv planlaşdırılmasına rəhbərlik etmək.
  • Hərəkətdə olan pivot suvarma qurğularında və vasitələrində mütəmadi olaraq yoxlanış və təmir planı əsasında suvarma sistemlərinin yoxlanılması işini həyata keçirir, nasazlıqların səbəblərini araşdırılmasında, aradan qaldırılmasında və bu halların azaldılmasına yönəlmiş tədbirlərin işlənib hazırlanmasında iştirak etmək.
  • Kompüter proqramı əsasında idarə olunan sistemlərin işinə, suvarma siqnalı kontrollerlərinə, vaxt ölçən və klapanlara (ventil) nəzarət etmək (uzaqda idarə olunan sistem də daxil).
  • Pivot sistemləri ilə bağlı tələblərin araşdırılması, tələblərə və şəraitə görə optimal texniki həll yolunun seçilməsini təmin etmək.
  • Normativlərə uyğun olaraq pivotların texniki xidmətə ciddi surətdə qoyulma cədvəlini tərtib etməli; mütəmadi olaraq, yoxlanışı və təmir planı əsasında suvarma sisteminin yoxlanılması işini həyata keçirək, nasazlıqları aradan qaldırmaq;
  • İstehsalatın iş planlarının işlənib hazırlanmasını, suvarma sistenmlərinin, sistem növlərinin və əvəz hissələrinin yerləşməsi ilə əlaqədar qeydlərin aparılmasını, onların yerinə yetirilməsi üzərində nəzarəti təmin etmək.
  • Hərəkətdə olan suvarma vasitələrinin texniki xidmətinə və təmirinə çəkilən əməyin və vəsait sərflərinin sistematik təhlilini aparmaq, məsrəflərin aşağı salınması üzrə tədbirlər işləyib hazırlamaq və həyata keçirmək,
  • Texniki xidmət və təmir zamanı pivot boruları və elektrik naqilləri, xammal və digər materialların normadan artıq sərfinin səbəblərini, həmçinin pivotların normadan aşağı istifadə səbəblərini təhlil etməli və onların aradan qaldırılmasına dair tədbirlərin işlənib hazırlanmasına və planların tərtibinə rəhbərlik eməlidir.

İş şərtləri:

  • İş qrafiki: həftə içi 5 gün

İş yeri:

  • Biləsuvar rayonları. Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna mövzu yerinə "Suvarma mühəndisi (Biləsuvar)" yazaraq göndərə bilər və ya www.hr.azersun.com ünvanından qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Azərsun Holdinq MMC

1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.

Oxşar Elanlar